...

Ermənistanın dağ-mədən sənayesində kobud ekoloji pozuntular törədilir - (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 7 Avqust 2023 14:08 (UTC +04:00)
Ermənistanın dağ-mədən sənayesində kobud ekoloji pozuntular törədilir - (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ermənistanın dağ-mədən sənayesində kobud ekoloji pozuntular törədilir, ətraf mühitə ciddi ziyan vurulur. Ermənistanda bu sahədə fəaliyyət göstərən müəssisələrin heç biri ekoloji norma və prinsiplərə əməl etmir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən “Sağlamlığa Xidmət” İctimai birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva bildirib ki, Ermənistanda dağ-mədən sənayesində aparılan işlər hədsiz dərəcədə ətraf mühitə ziyan vurur.

“Ermənistanda bu sahədə də heç bir ekoloji norma və prinsiplər, ekoloji standartlar gözlənilmir. Bu isə regionumuzun ekologiyasının çirkləndirilməsi, ümumiyyətlə planetə vurulan zərbədir. Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələrindən ətraf mühitə tullantılar, su hövzələrinin, çayların, atmosferin çirkləndirilməsi ciddi şəkildə barahatçılıq doğurur”, - deyə o qeyd edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti