...

Azad edilən ərazilərdə aşkar edilən kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb

Siyasət Materials 30 Avqust 2023 11:39 (UTC +04:00)
Azad edilən ərazilərdə aşkar edilən kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilmiş ərazilərdə aşkar edilmiş kütləvi məzarlıqlardan 500-ə yaxın insan qalığı tapılıb.

Trend xəbər verir ki, bu barədə Ombudsmanın I Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hesabatında öz əksini tapıb.

"Bugünədək aparılmış eyniləşdirmələr nəticəsində 4000-ə yaxın itkin düşmüş hesab edilən şəxsdən 15 nəfərin şəxsiyyəti müəyyən edilmiş, onların qalıqları ailələrinə təhvil verilərək adətlərə uyğun şəkildə dəfn mərasimləri keçirilmişdir. Kütləvi məzarlıqlarda aşkar edilmiş qalıqlardan 4-ü mülki şəxslərə,qalanlar isə hərbi qulluqçulara aid olmuşdur.8 Aşkar olunmuş kütləvi məzarlıqlar və insan qalıqları Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsidir və Ermənistanın azərbaycanlılara qarşı apardığı soyqırımı siyasətini bir daha sübut edir", - deyə hesabatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti