...

Laçın yolunun istismarı Azərbaycan qanunvericiliyi çərçivəsində olmalıdır - Deputat

Siyasət Materials 1 Sentyabr 2023 14:35 (UTC +04:00)
Laçın yolunun istismarı Azərbaycan qanunvericiliyi çərçivəsində olmalıdır - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan hüquqi dövlətdir və ölkə ərazisində bütün məsələlər qanunvericiliyimizə uyğun formada tənzimlənməlidir. Bu baxımdan Laçın yolunun istismarı ilə bağlı da Azərbaycan qanunvericiliyi, o cümlədən sərhəd təhlükəsizliyi və sərhəd nəzarəti, eləcədə gömrük rejimi qaydaları tətbiq edilməlidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

O bildirib ki, 30 illik işğal dövründə Ermənistan Azərbaycan qanunvericiliyini pozaraq iqtisadiyyatımıza böyük zərbə vurub.

“Bu dövr ərzində Ermənistan Qarabağa gətirilən mallara gömrük rüsumları tətbiq edərək qanunsuz gəlir əldə edib, Azərbaycan büdəcinə külli miqdarda zərdə vurub. Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi zəfəri ilə torpaqlarımızı erməni işğalından azad edərək bu qanunsuz əməllərə son qoydu və bu ərazilərdə öz qanunvericiliyini tətbiq edir. Bu baxımdan Laçın gömrük-keçid məntəqəsi də ölkəmizin qanunvericiliyi çərçivəsində fəaliyyət göstərəcək, gömrük sənədləşməsi Azərbaycan qanunlarına uyğun həyata keçiriləcək.

Məntəqədən keçən malların üzərində hər hansı qondarma adlar, o cümlədən “Stepanakert” və ya qondarma “Artsax respublikası” yazılması yolverilməzdir və sənədlərdə müvafiq düzəlişlər edilməyənədək sərhəd-keçid məntəqəsindən buraxılması mümkünsüzdür.

Eyni zamanda malları qəbul edən hüquqi şəxslərin Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti reyestrində müvafiq nömrəsi olmalıdır, möhürü vuran şirkət harada qeydiyyatdan keçməsi müəyyən edilməlidir və digər prosedurlar həyata keçirilməlidir. Bütün bunlar olmadan Laçın yolundan gömrük nəzarətini təşkil etmək mümkün deyil və əgər gömrük nəzarəti olmasa Laçın yolu Ermənistandan gələn kommersiya yükləri üçün bağlı olaraq qalacaq”, - deyə deputat qeyd edib.

O əlavə edib ki, bu məsələlərin həll edilməsi üçün Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərlə birbaşa dialoqun başlaması və zəruru texniki tədbirlərin həyata keçirilməsi vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti