...

Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir - Nazir

Siyasət Materials 13 Sentyabr 2023 13:44 (UTC +04:00)
Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan insan hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirmir.

Trend xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 54-cü sessiyasının 5-ci iclasında deyib.

Nazir vurğulayıb ki, Ermənistan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə yüz minlərlə mina yerləşdirib və həmin minalar günahsız insanların həyatına son qoymağa davam edir:

"Həmin minalar ərazilərdə aparılan yenidənqurma və bərpa işlərini çətinləşdirir, azərbaycanlıların yurdlarına qayıtma hüquqlarına mane olur. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatdan bəri 306 nəfər mina qurbanı olub. Ümumilikdə isə 3 300 nəfərdən çox azərbaycanlı ötən 30 il ərzində mina qurbanı olub”.

Xatırladaq ki, 11 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə yola düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti