...

Başlıbel qətliamı ilə bağlı Azərbaycan və ingilis dillərində hesabat nəşr olunub (FOTO)

Siyasət Materials 28 Sentyabr 2023 12:16 (UTC +04:00)
Başlıbel qətliamı ilə bağlı Azərbaycan və ingilis dillərində hesabat nəşr olunub (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar üçün hesabat hazırlanması” layihəsi çərçivəsində hesabat hazırlanıb.

Trend xəbər verir ki, ingilis dilində hazırlanmış hesabatı “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov sentyabrın 28-də ictimaiyyətə təqdim edib.

Başlıbel kəndinin işğalı zamanı törədilən qətliamla bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində görülən işlərlə bağlı məlumat verən QHT sədri deyib ki, işğal zamanı Başlıbel kənd sakinləri olan qadın, uşaq və qocalar Ermənistan hərbçiləri tərəfindən girov götürülüb:

“Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini Qənaət Ağamirovu işgəncə ilə qətlə yetiriblər.

Sakinlərdən bəziləri canlarını qurtara bilsələr də, bir nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Kazımov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Kazımov bugünədək itkin sayılır və onun barəsində hər hansı bir məlumat yoxdur.

Bütün bu soyqırımı cinayətləri təşkilatın 2013-cü ildə hadisənin törədilməsinin 20-ci ilində hazırlayıb çap etdirdiyi sağ qalan şahidlərin ifadələri əsasında qələmə alınan “Başlıbel faciəsi: erməni vəhşiliyi şahidlərin dili ilə” kitabında əksini tapıb".

QHT sədri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanan kitab Azərbaycan və ingilis dilində nəşr etdirilərək həm ölkə daxilində, həm də xaricdə yayılıb.

Xəbər lenti

Xəbər lenti