...

Ermənistandan Azərbaycana növbəti təxribat cəhdi: BƏM-də dinləmələr keçiriləcək

Siyasət Materials 6 Oktyabr 2023 15:50 (UTC +04:00)
Ermənistandan Azərbaycana növbəti təxribat cəhdi: BƏM-də dinləmələr keçiriləcək
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari il ərzində Ermənistan artıq Beynəlxalq Ədalət Məhkəməsinə 3-cü dəfədir müraciət edir.

Trend xəbər verir ki, Ermənistanın yanvar ayında verdiyi 3 vəsatətdən 2-si rədd edilib, 1 məhdud formada təmin edilib, may ayında isə verdiyi vəsatətlər hakimlər tərəfindən iyul ayında yekdilliklə rədd edilib.

Ermənistan daha öncəki müraciətlərindən dərs çıxarmayaraq, yenidən 28 sentyabr tarixində Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

12 oktyabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Haaqadakı Sülh Sarayında İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyaya uyğun olaraq (Ermənistan Azərbaycana qarşı) Haaqadakı Sülh Sarayında dinləmələr baş tutacaq.

Hazırda Ermənistanın irəli sürdüyü əsassız və absurd iddiaları nəzərə alsaq, bu müraciətinin də nəticəsi daha öncəkilərdən fərqlənməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti