...

Meksika televiziyasında Azərbaycana qarşı ikili standartlardan bəhs olunub (FOTO)

Siyasət Materials 8 Oktyabr 2023 06:53 (UTC +04:00)
Meksika televiziyasında Azərbaycana qarşı ikili standartlardan bəhs olunub (FOTO)

Bakı. Trend:

Meksikanın nüfuzlu xəbər kanallarından olan “Milenio” televiziyasında yayımlanan “Sərhədlər arasında” həftəlik analitik-informasiya proqramı zamanı ölkəmizin Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi və onun nəticələri, eləcə də Qərbin riyakar siyasəti və Azərbaycana qarşı apardığı qərəzli propaqandadan söhbət açılıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, veriliş zamanı Meksika televiziyalarında siyasi şərhçi kimi çıxış edən həmin ölkənin ən məşhur UNAM Universitetinin professoru Talya İşcan ölkəmizə qarşı qarayaxma kampaniyasından əl çəkməyən Ermənistanın və Qarabağda məskunlaşan separatçıların əməllərini ironik şəkildə şərh edib. Bildirilib ki, guya “aclıqdan” və “blokadadan” əziyyət çəkən erməni silahlıları Azərbaycan ərazilərində mina terrorunu və hərbi təxribatlarını davam etdirməyə “özlərində güc tapıblar”. Nəticədə Azərbaycan beynəlxalq hüquq çərçivəsində və öz milli qanunvericiliyinə uyğun olaraq Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirib və 23 saat ərzində separatçı rejimi təslim olmağa məcbur edib. Bununla da 30 il davam edən erməni işğalına və münaqişəyə bütünlüklə son qoyulduğu qeyd olunub.

Yayım zamanı işğaldan azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri ilə yanaşı, Qarabağın erməni sakinlərinin Azərbaycan Konstitusiyası və qanunları əsasında reinteqrasiyasının həyata keçirildiyi və bu prosesə qoşulmaları məqsədilə elektron portalın yaradıldığı barədə məlumat verilib.

Qeyd olunub ki, Qərbin Azərbaycana qarşı müşahidə olunan əsassız və qərəzli propaqandası qəbuledilməzdir və bu məsələdə xüsusi fəallığı ilə seçilən Fransa bölgədə hərbi toqquşmanın davam etməsində maraqlı görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti