...

Fransa bölgədə sülhə qarşı çıxır: İkili standartlardan əl çəkmək istəmir

Siyasət Materials 24 Oktyabr 2023 19:38 (UTC +04:00)
Fransa bölgədə sülhə qarşı çıxır: İkili standartlardan əl çəkmək istəmir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Fransa və Fransaya bənzər dairələr bilməlidirlər ki, Azərbaycanla hər hansı bir ultimatum dili ilə danışmaq mümkün deyil, bu gün Cənubi Qafqazda gündəliyi müəyyənləşdirən də elə Azərbaycandır.

Bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat qeyd edib ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya səfər etdi və səfər çərçivəsində Fransa ikili standartlar göstərərək Ermənistana növbəti dəfə dəstəyini nümayiş etdirdi və Ermənistanla hərbi əməkdaşlıq haqqında sənəd imzaladı.

"Sənədə əsasən, Fransa istehsalı olan hərbi texnikanın Ermənistana verilməsi haqda razılıq əldə olundu. Bu onu göstərir ki, Fransa bölgədə birbaşa sülhə qarşı çıxır.

Məsələ təkcə Frsansanın Ermənistana silah-sursat verməsi ilə bitmir, eyni zamanda Fransanın hərbi məsləhətçiləri də Ermənistanda əsgər və zabitlərin hazırlanması üçün bölgəyə səfərlər edəcək. Bu onu göstrərir ki, Fransa Cənubi Qafqazda eskalasiya yaratmaq məqsədi güdür. Görünür Fransa Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməklə regionda yeni reallıqlar yaratmasını həzm edə bilmir və bölgədə yeni gərginlik yaratmağa cəhd edir”, - deyə o, əlavı edib.

Onun sözlərinə görə, Fransa hər zaman Ermənistana açıq dəstəyini nümayiş etdirib və Azərbaycana qarşı ikili standartlar siyasətini nümayiş etdirib.

“İstər 44 günlük Vətən müharibəsində, istər ondan sonrakı mərhələdə Fransa senatının Azərbaycana qarşı əsassız qətnamələrin qəbul etməsi, Azərbaycana qarşı Avropa Parlamentində böhtan kampaniyasına Fransanın rəhbərlik etməsi bunu aydın şəkildə göstərdi.

Görünür Fransa regionda möhkəmlənməyə çalışır və Ermənistanı bir kukla ölkə kimi öz çirkin siyasətinə alət edir. Ancaq Fransanın bu addımları Ermənistan üçün təhlükəli addımlardır. Ermənistanın taleyi heç də Fransanı maraqlandırmır, onun əsas məqsədi regionda möhkəmlənməkdir. Ancaq Fransa bilməlidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qüdrətli ölkəyə çevrilib, regionda yeni reallıqlar yaradıb və öz hədəflərinə doğru inamla addımlayır. Ermənistan isə Fransanın bir alətinə çevrilib və məhv olmaq təhlükəsi ilə üz üzə qalıb. Əgər Ermənistan Fransanın diqtəsi ilə hər hansı revanş fikrinə düşərsə, əlbəttə ki, bu, Ermənistan üçün çox acı nəticələrə səbəb olar”, - deyə C.Osmanov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti