...

Azərbaycan-Ermənistan sərhədlərinin demilitasiyasında kömək göstərməyə hazırıq - Aleksey Overçuk

Siyasət Materials 3 Noyabr 2023 17:27 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan-Azərbaycan sərhədinin demilitasiyası ikitərəfli məsələdir.

Trend xəbər verir ki, bunu Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk Səmərqənddə keçirilən 16-cı Verona Avrasiya İqtisadi Forumunun kuluarlarında jurnalistlərə deyib.

Onun sözlərinə görə, burada həmsədrlər Ermənistan və Azərbaycanın baş nazir müavinləridir. Rusiyanın bu prosesdə rolundan danışan baş nazir daima kömək göstərməyə hazır olduqlarını bildirib.

"Biz daima kömək göstərməyə, o cümlədən, Rusiyada tarixən mövcud olan sənədləri və kartoqrafik məlumatları təqdim etməyə hazırıq", - o deyib.

Kommunikasiyaların açılmasına toxunan rusiyalı nazir rəsmi olaraq işçi qrupun fəaliyyət göstərdiyini qeyd edib.

"Biz sonuncu dəfə iyunun 2-də görüşmüşük. Meğridən keçəcək dəmir yolunun tikintisinin başlamasına dair birgə bəyanatın mətni artıq böyük ölçüdə hazırdır", - o deyib.

Bundan başqa, Overçuk Azərbaycanın İran ərazisi vasitəsilə avtomobil yolunun tikintisinə başladığını qeyd edib.

"Bildiyimiz qədərilə, həmçinin, Azərbaycanla İran arasında Ermənistandan yan keçərək, İran ərazisi vasitəsilə dəmir yolunun tikintisi barədə memorandum imzalanıb", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti