...

8 Noyabr − Zəfər Günü: Qələbəyə gedən yol illər əvvəl başladı (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 8 Noyabr 2023 20:20 (UTC +04:00)
8 Noyabr − Zəfər Günü: Qələbəyə gedən yol illər əvvəl başladı (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xalqımız 8 Noyabr − Zəfər Gününü qeyd edir. Bu Zəfər Azərbaycan tarixinin ən əhəmiyyətli hadisələrindən biridir, xalqımızın fəxr duyduğu bir tarixdir. 44 günlük Vətən müharibəsində tarixi qələbə hər birimiz üçün qürurlu və şərəflidir. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz 30 illik işğala son qoymaqla xalqımıza böyük sevinc yaşatdı, ərazi bütövlüyümüzü bərpa etdi və soydaşlarımızın yurd həsrətini baça çatdırdı.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, Azərbaycan torpaqları 30 il işğal altnda qaldı.

“Azərbaycan yeni müstəqillik qazananda ordumuz yox idi. Hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev ilk növbədə atəşkəsə nail oldu və ordu quruculuğuna başladı. Əvvəl iqtisadiyyat dirçəldi və əldə edilən gəlirlə ordumuzun gücləndirilməsinə başlanıldı. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev də hakimiyyətə gəldikdən sonra ordu quruculuğuna çox geniş yer verdi”, - deyə E.Həsənov qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti