...

30 il ərzində ABŞ torpaqlarımızın işğal altında qalmasında maraqlı olub - Deputat

Siyasət Materials 21 Noyabr 2023 11:44 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər ABŞ-nin Azərbaycanla bağlı qərəzli mövqeyi özünü daha açıq büruzə verir.

Trend-in məlumatına görə, bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, 907-ci düzəlişin yenidən gündəmə gətirilməsi ABŞ-nin növbəti belə addımıdır:

“1992-ci ildə bu sənədin qəbulundan sonra 2001-ci ildə terrora məruz qalanda ABŞ öz səhvini anlamışdı və 907-ci düzəlişin qüvvəsini dayandırmışdı. Yenidən belə olacağına inanıram. ABŞ Senatı, o cümlədən, ABŞ dövlət katibinin rəsmisi Azərbaycana qarşı absurd fikirlər səsləndirir.

Bütün bunlar ABŞ-nin ölkəmizlə bağlı iç üzünü göstərir. Biz indi başa düşürük ki, 30 il ərzində ATƏT həmsədri olan ABŞ bizim torpaqlarımızın işğal altında qalmasında maraqlı olub”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti