...

Heydər Əliyevin ideyaları Azərbaycana böyük uğurlar qazandırır (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 11 Dekabr 2023 20:28 (UTC +04:00)
Heydər Əliyevin ideyaları Azərbaycana böyük uğurlar qazandırır (VİDEOMÜSAHİBƏ)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin anım gününü qeyd edəcək. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlər ölkəmizdə dinamik inkişaf, sürətli tərəqqi ilə müşayiət edilib.

Ulu Öndərin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizdə ilk növbədə milli dirçəlişin əsasının qoyulması baxımından müstəsna əhəmiyyət kəsb edib. Heydər Əliyev 1993-cü ildə də hakimiyyətə gəldiyi ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı və xalqımızı, müstəqilliyimizi ağır bəlalardan xilas etdi.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Trend-ə açıqlamasında bildirib ki, əsrimizin son əlli ili Heydər Əliyev ili adlandırılmalıdır.

“1969-cu ildən başlayaraq Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə və bu günə qədər Azərbaycan xalqı Heydər Əliyev ideyaları ruhunda yaşayır və o odeyaların həyata keçirilməsi Azərbaycana böyük uğurlar qazandırır. Heydər Əliyev əsrlər boyu Azərbaycanda xalq tərəfindən anılacaq”, - deyə T.Rzayev qeyd edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti