...

Paşinyanın ittihamları gülüncdür - BƏYANAT

Siyasət Materials 15 Fevral 2024 13:28 (UTC +04:00)
Paşinyanın ittihamları gülüncdür - BƏYANAT
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün böhtan mahiyyətli bir sıra açıqlamalar verib. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış bir ölkənin, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı vermiş birisinin indi Azərbaycanı Ermənistanın daxili işlərinə qarışmaqda ittiham etməsi gülüncdür.

Trend-in məlumatına görə, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Nikol Paşinyanın, xüsusən “işğal altında olan 31 erməni kəndi” kimi uydurma hekayəni ortaya atması Ermənistanın hələ də işğal altında qalan 8 Azərbaycan kəndini qaytarmaq niyyətində olmadığını nümayiş etdirir.

Bu açıqlamalar həm də onu göstərir ki, cəmiyyətdə mövqeləri getdikcə zəifləyən, komandadaxili problemlər yaşayan Nikol Paşinyan çıxış yolu kimi vəziyyəti qəsdən gərginləşdirməyə və sülh danışıqları prosesini dağıtmağa can atır.

Görünür, başda Fransa olmaqla bəzi ölkələrin silahları, Jozep Borel, Zəngəzur dağlarında macəra axtaranlar-Avropa İttifaqının Missiyası, “Yerkrapa” kimi quldur birləşmələri Ermənistanı “cəsarətləndirib”.

Ermənistan son vaxtlar seçdiyi təhlükəli xəttdən imtina etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti