...

Ceyhun Bayramov Ermənistanla danışıqlar üçün Almaniyaya getdi

Siyasət Materials 27 Fevral 2024 18:11 (UTC +04:00)
Ceyhun Bayramov Ermənistanla danışıqlar üçün Almaniyaya getdi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

Bu barədə Trend-ə Xarici işlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti