...

Ankara Cənubi Qafqazda sabitləşməyə çox güclü təkan verə bilər - Toivo Klaar

Siyasət Materials 1 Mart 2024 16:13 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Cənubi Qafqazda sabitləşməyə çox güclü təkan verə bilər.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Antalya Diplomatik Forumunda deyib.

"Vurğulamaq istəyirəm ki, Avropa İttifaqı, Avropa ölkələri və xüsusən son zamanlar Almaniya Cənubi Qafqazda münasibətlərin normallaşması üzrə təklifləri dəstəkləməyə hazır olublar və olacaqlar. Biz Türkiyənin bu regiondakı liderlik potensialını nəzərdən keçiririk. Türkiyə Gürcüstan və Ermənistanın birbaşa qonşusudur, həmçinin, Azərbaycanla xüsusi münasibətlərə malikdir.

Bununla əlaqədar olaraq, regionda sülhün əldə edilməsinə kömək göstərməklə bağlı unikal imkanı var. Ankara Cənubi Qafqazda sabitləşməyə çox güclü təkan verə və regionda özünün aparıcı dövlət rolunu möhkəmləndirə bilər", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti