...

İslamafobiyanın təsirlərini 1905-ci ildən hiss etmişik - Fərid Şəfiyev

Siyasət Materials 5 Mart 2024 11:10 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İslamafobiyanın təsirlərini biz hiss etmişik.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" beynəlxalq konfransına aid mətbuat konfrasında çıxışı zamanı deyib.

“30 illik işğal dövründə Qərbdə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyiblər. Onlardan biri də islamafobiyadır. 1905-ci ildə də ilk Ermənistan-Azərbaycan toqquşması baş verəndə belə islamafobiyaya aid fenomenləri görmüşük. Bizim regionda yeniliyi qəbul etməyən ölkələr hələ də var”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Xəbər lenti

Xəbər lenti