Bakı. Trend:
Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Trend xəbər verir ki, sənədə əsasən, qanunun 45.5-ci maddəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:
“Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edir.”.