Bakı. Trend:
Avropa İttifaqı minatəmizləmə məsələsində Azərbaycanın ən böyük dəstəkçisidir.
Trend xəbər verir ki, bunu Aİ-nin Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Delfin Pronk deyib.
“Durumu dəyişə biləcəyimizlə fəxr edirəm: minaların təmizlənməsinə gəldikdə, Aİ Azərbaycanın ən böyük dəstəkçisidir. Aİ qadınlardan ibarət minatəmizləmə komandasının hazırlanması ilə qadınların təhlükəsizlikdə oynadığı rolu artırmağa kömək edir”, – sədr bildirib.
Bundan əlavə, Pronk bildirib ki, regionda sülhün və sabitliyin təmin edilməsi üçün konkret addımların atılmasının vaxtı çatıb və Aİ əməkdaşlığı dərinləşdirməyə və sülh səylərini dəstəkləməyə davam etməyə hazırdır.