...

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almayıb - Peskov

Siyasət Materials 22 Aprel 2024 15:32 (UTC +04:00)
Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almayıb - Peskov
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Kreml Rusiya sərhədçilərinin Tavuşdan çıxarılmasına dair İrəvandan siqnal almayıb.

Trend Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bununla bağlı heç bir siqnal daxil olmayıb. Qısamüddətli perspektivdə prezident Vladimir Putin və baş nazir Nikol Paşinyanın bu və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmələri üçün imkan yaradılacağını gözləyirik" - Peskov deyib.

Xatırladaq ki, bu yaxında Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı sərhədçilərin Tavuşdakı postları tərk edəcəyini bildirib.

"Vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bu, bütün istiqamətlərdə əksini tapmalıdır. Bu, o deməkdir ki, bizdə cəbhə xətti deyil, sərhəd var. Sərhəd isə sülh rəmzidir. Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə qarşılıqlı fəaliyyət göstərərək, sərhədin mühafizəsini təmin edə biləcəklər", - o deyib.

"Bununla bağlı heç bir siqnal daxil olmayıb. Qısamüddətli perspektivdə prezident Vladimir Putin və baş nazir Nikol Paşinyanın bu və lazım gələrsə digər aktual məsələləri şəxsən müzakirə etmələri üçün imkan yaradılacağını gözləyirik" - Peskov deyib.

Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti