Bakı. Trend:
Azərbaycan nümayəndə heyəti Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) “Azərbaycan Ermənistana qarşı” işi üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə şifahi arqumentini təqdim edir.
Trend xəbər verir ki, bu barədə BƏM-in məlumatında bildirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.
Qeyd edək ki, aprelin 15 də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı iddiası üzrə ilkin dinləmələr keçirilib. Beynəlxalq Ədalət Məhkəməsinin (Ermənistan Azərbaycana qarşı) İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) (Ermənistan Azərbaycana qarşı) müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr keçirilib.
Xatırladaq ki, aprelin 19-da irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr başa çatıb.
Azərbaycanın məhkəmədən tələbləri aşağıdakılardır:
- Ermənistanın CERD-nin 22-ci maddəsində tələb olunan danışıqlar üçün ilkin şərtə əməl etmədiyinə görə onun iddialarının heç birinin məhkəmə qarşısında lazımi səviyyədə olmadığını əsas gətirərək Ermənistanın müraciətini tam şəkildə rədd etmək;
- Əlavə və ya alternativ olaraq, Ermənistanın Azərbaycan tərəfindən öz öhdəliklərini pozması ilə bağlı iddiaları üzrə Məhkəmənin mövzu baxımından yurisdiksiyasının olmadığını bəyan etmək.
Qeyd edilib ki, məhkəmə indi müzakirəyə başlayacaq.
Azərbaycanın ilkin etirazları ilə bağlı məhkəmə qərarının açıqlanacağı iclasın tarixi növbəti günlərdə elan ediləcək.