...

Prezident İlham Əliyev: Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Siyasət Materials 24 Aprel 2024 13:54 (UTC +04:00)
Prezident İlham Əliyev: Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Bakı. Trend:

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Prezident məktəbin təməlqoyma mərasimində iştirak edəcək. “Belə qardaş münasibət bizim üçün çox önəmli əhəmiyyət daşıyır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti