Bakı. Trend:
Latviya Şuşa şəhərinin bərpasında iştirak edə bilər..
Trend xəbər verir ki, bu barədə bu gün Latviya parlamentinin spikeri Dayqa Mierinya Bakıda keçirilən brifinqdə deyib.
"Bu, Azərbaycana ilk səfərimdir. Sizin möhtəşəm ölkənizə səfər etmək mənim üçün həqiqətən xoşdur və çox şadam ki, Qarabağa səfər etmək ölkənizin tarixindəki bu çox ağır dövrün nəticələrini öz gözlərimizlə görmək imkanımız oldu", - o deyib.
Parlamentin spikeri Azərbaycan Latviyanın mühüm tərəfdaşı olduğunu əlavə edib.
"Azərbaycana səfər zamanı Latviyanın Şuşa şəhərinin bərpasında necə iştirak edə biləcəyi və ya bölgəyə hər hansı başqa yolla kömək edə biləcəyi müzakirə olunub. Kənd təsərrüfatı, logistika, turizm, təhsil və mədəniyyət sahələrində mübadilə sahəsində əməkdaşlığı müzakirə etdik", - o deyib.
Qeyd edək ki, mayın 18-də Latviya parlamentinin sədri Daiqa Mierinyanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Nümayəndə heyəti mayın 19-da Qarabağa səfər edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)