Bakı. Trend:
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət edib.
Trend xəbər verir ki, bu dəvəti Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib. O deyib: “Rusiya və Azərbaycan əsas çoxtərəfli platformalarda, o cümlədən BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirir. Oktyabrda İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq”.