...

COP29 çərçivəsində Bakıda xüsusi avtobuslar fəaliyyət göstərəcək

Siyasət Materials 20 Sentyabr 2024 06:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda 350 xüsusi avtobusundan istifadə ediləcək.

Trend-in məlumatına görə, bu barədə COP29-un sədrliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Məlumata görə, noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP29-a hazırlıqla bağlı əhəmiyyətli irəliləyişlər əldə olunub. Bakı Olimpiya Stadionunda işlərin tezliklə başa çatdırılması nəzərdə tutulur. Həmçinin, sərnişindaşınmanın asanlaşdırılması məqsədilə 350 avtobusu təmin ediləcək, "bnetwork" vasitəsilə əlavə 4 000 otaq əlçatan olacaq və tədbirin qlobal səviyyədə işıqlandırılması üçün müvəqqəti media mərkəzi yaradılacaq.

Xəbər lenti

Xəbər lenti