...

Ermənistanın hər hansı strukturdan çıxması praktiki olaraq hiss olunmur - Maksim Şevçenko

Siyasət Materials 7 Oktyabr 2024 16:54 (UTC +04:00)
Ermənistanın hər hansı strukturdan çıxması praktiki olaraq hiss olunmur - Maksim Şevçenko
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Moskva. Trend:

Ermənistanın hər hansı strukturdan çıxması praktiki olaraq hiss olunmur.

Bu barədə Moskvada Trend-ə açıqlamasında tanınmış rusiyalı politoloq, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib.

“Mənim “ermənilik” adlandırdığım erməni xalqının mənafeyinə yad olan bütün bu millətçilik layihənin strateji əhəmiyyəti Azərbaycan ədaləti bərpa etdikdən və öz ərazilərini azad etdikdən sonra itdi.

Mən o vaxt, hələ 20-ci ildə demişdim ki, Azərbaycan ermənilərə 20-ci əsrin əvvəllərində millətçilik kimi tətbiq olunan bu dəhşətli, zəhərli, milli və xalq mədəniyyətini dağıdan fantomdan azad olmağa kömək edib. Bu xəstəlikdən sağalmaq çox çətindir. Yaşadığınız yerdə yaşamağı öyrənməlisiniz və daha çox şey götürməyə və ya hər kəsin özünə borclu olduğunu düşünən bədbəxt kimi göstərməyə çalışmamalısınız”, - o deyib.

Xəbər lenti

Xəbər lenti