Bakı. Trend:
Türk Dövlətləri Təşkilatının (TDT) daha funksional hala gətirilməsi strateji bir addımdır.
Trend xəbər verir ki, bu barədə bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransında çıxışında deyib.
"21-ci əsrin ilk illərindən etibarən Türk dövlətlərinin əsas faktor olduğunu görürük. TDT-nin daha səmərəli hala gətirilməsi strateji bir addımdır", - o bildirib.
Onun sözlərinə görə, tərəflər TDT çərçivəsində əməkdaşlığı və layihələri daha da inkişaf etdirmək üçün çalışır.
"2025-ci ildə də daha öncəki fəaliyyətlərimizi bir addım daha irəli aparacağıq. Üzv dövlətlərin ikitərəfli və üçtərəfli layihələri də mövcuddur. Bu da, öz növbəsində, təşkilatın gücünü artırır. Bir birimizlə əməkdaşlığın ortaya çıxardığı uğur millətlərimizin rifahına da təsir göstərir”,- deyə H. Fidan bildirib.