Bakı.Trend:
Bu gün Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Daxili İşlər Naziri, polis generalı Vladimir Kolokoltsevin qəbulunda olub.
Trend-in Azərbaycanın Moskvadakı səfirliyindən əldə etdiyi məlumata görə, görüşdə daxili işlər orqanlarının xətti ilə ölkələr arasında qarşılıqlı münasibətlərin aktual məsələləri müzakirə olunub.
Bildirilir ki, hər iki tərəf beynəlxalq terror və ekstrimiz, trans-milli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Azərbaycanla Rusiya arasındakı əməkdaşlığın, o cümlədən sərhədyanı əməkdaşlığın vəziyyəti ilə bağlı razılıq ifadə ediblər.
Bundan başqa, görüşdə miqrasiya sahəsində iki ölkənin səyləri arasındakı əlaqələndirmənin əhəmiyyəti vurğulanıb.