...

Marko Rubio ABŞ-nin NATO-ya sadiqliyini bir daha təsdiqləyib

Siyasət Materials 24 Yanvar 2025 06:51 (UTC +04:00)
Marko Rubio ABŞ-nin NATO-ya sadiqliyini bir daha təsdiqləyib

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidenti Donald Trampın xarici siyasət prioritetlərini açıqlayıb və Vaşinqtonun Şimali Atlantika Alyansına sadiqliyini təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.

"Rubio ABŞ-nin NATO-ya sadiqliyini və beynəlxalq təhlükəsizlik üçün alyansın qorunmasının vacibliyini bir daha təsdiqləyib", - deyə M.Rubio ilə NATO-nun baş katibi Mark Rutte arasında baş tutan telefon danışığı barədə məlumatda bildirilib.

Həmsöhbətlər alyans ölkələrinin müdafiəsini təmin etməyə qadir müttəfiqlərin olmasının vacibliyini, müdafiə xərclərinin NATO daxilində real bölüşdürülməsini müzakirə ediblər.

Tərəflər həmçinin Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin zəruriliyini qeyd edib və Avro-Atlantik və Hind-Sakit okean regionları arasında sıx əməkdaşlıq və qarşılıqlı anlaşmanın tərəfdarı olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti