...

Ərdoğan Azərbaycan və Özbəkistan nümayəndə heyətlərini qəbul edib

Siyasət Materials 29 Yanvar 2025 16:41 (UTC +04:00)
Ərdoğan Azərbaycan və Özbəkistan nümayəndə heyətlərini qəbul edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Özbəkistanın nümayəndə heyətlərini qəbul edib.

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Özbəkistanın nümayəndə heyətinə xarici işlər naziri Bəxtiyor Saidov, investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və nəqliyyat naziri İlham Mahkamov daxildir.

Qəbul zamanı üçtərəfli görüşün yekunları, o cümlədən Azərbaycan, Türkiyə və Özbəkistan arasında əməkdaşlığın genişləndirilməsi üzrə gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, bu gün Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti