Bakı. Trend:
"Rossiya Segodnya"nın ("Sputnik Azərbaycan") Azərbaycandakı nümayəndəliyi ləğv edilib.
Trend bu barədə Dövlət Vergi Xidmətinin reyestrinin məlumatlarına istinadən xəbər verir.
Eyni zamanda, bu məlumatı Trend-in sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də təsdiq edib.
Onun sözlərinə görə, bundan sonra "Sputnik Azərbaycan" yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.
