Bakı. Trend:
Almaniya Azərbaycanlıları Alyansının növbəti toplantısı Almaniyanın paytaxtı Berlində şəhərində keçirilib və toplantında Alyansın İdarə Heyətinin yeni tərkibi təsdiqlənib.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Almaniyadakı Azərbaycan diasporunun fəal üzvlərindən olan Köln Azərbaycan Evinin həmtəsisçisi Altay Rüstəmli İdarə Heyətinin yeni sədri seçilib.
Daha sonra Alyansın İdarə Heyəti yeni tərkibin ilk toplantısını təşkil edib. Toplantıda Alyansın keçdiyi yol, həyata keçirilən layihələr müzakirə edilib, təşkilatın fəaliyyəti yüksək qiymətləndirilib, perspektivlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Alyansın İdarə Heyətinin yeni və köhnə tərkibinə daxil olan soydaşlarımız Azərbaycan diasporunun fəaliyyətinə göstərdiyi qayğıya və sistemli dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər. Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatın fəaliyyətini daim diqqət mərkəzində saxladığı ifadə edilib.
Vurğulanıb ki, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin yeni sədri Altay Rüstəmli 2009-cu ildən Almaniyada yaşayır və bu ölkədəki Azərbaycan diasporunun fəal üzvlərindəndir. Soydaşımız Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edir, Qarabağın bərpası prosesinə töhfə verir.
Qeyd edək ki, Almaniya Azərbaycanlıları Alyansı 2018-ci ilin sentyabr ayında Berlin şəhərində yaşayan soydaşlarımızın təşkilatlanması və diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə təsis edilib.