...

Xocalı soyqırımına görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün səylərimizi davam etdiririk - Ceyhun Bayramov

Siyasət Materials 25 Fevral 2025 23:06 (UTC +04:00)
Xocalı soyqırımına görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün səylərimizi davam etdiririk - Ceyhun Bayramov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı soyqırımına görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün səylərimizi davam etdiririk.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov özünün “X” səhifəsində yazıb.

“Bir gecədə uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 613 nəfərin ölümü ilə nəticələnən Xocalı soyqırımından 33 il keçir.

Biz Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və soyqırımı siyasətinin günahsız qurbanlarını xatırlayır və heç vaxt unutmuruq. Bu ağır cinayətlərə görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi üçün səylərimizi davam etdiririk”, - deyə C.Bayramov bildirir.

Xəbər lenti

Xəbər lenti