...

BQXK nümayəndələri hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərə baş çəkiblər

Siyasət Materials 26 Fevral 2025 14:21 (UTC +04:00)
BQXK nümayəndələri hərbi cinayətlərdə təqsirləndirilən erməni əsilli şəxslərə baş çəkiblər
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Fevral ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.

Bu barədə Trend-in sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

Onun sözlərinə görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti