...

Ceyhun Bayramov Kaya Kallas ilə Azərbaycan-Aİ münasibətlərinin perspektivlərini müzakirə edib

Siyasət Materials 28 Fevral 2025 12:51 (UTC +04:00)
Ceyhun Bayramov Kaya Kallas ilə Azərbaycan-Aİ münasibətlərinin perspektivlərini müzakirə edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

28 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

XİN-dən Trend-ə bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti