...

Britaniya Parlamentinin üzvlərinə və Xarici İşlər Nazirliyinə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlanıb (FOTO)

Siyasət Materials 5 Mart 2025 11:00 (UTC +04:00)
Britaniya Parlamentinin üzvlərinə və Xarici İşlər Nazirliyinə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Britaniya Azərbaycanlıları Cəmiyyətinin (BAC) rəhbəri Fəridə Pənahovanın təşəbbüsü ilə cəmiyyət adından ölkə parlamentinin 650 nəfər üzvünə və Xarici İşlər Nazirliyinə Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı məktub ünvanlanıb.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, məktubda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı haqqında ətraflı məlumat verilib, beynəlxalq ictimaiyyətə və Britaniya Parlamentinə faciənin tanınması və ədalətin bərqərar olması üçün çağırış edilib. Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biri kimi tarixə düşdüyü vurğulanıb. Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş bu qətliam nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı amansızcasına qətlə yetirib, 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də naməlum olaraq qalıb. Şahid ifadələri, beynəlxalq hesabatlar və müstəqil araşdırmalar bu hadisənin insanlığa qarşı ağır cinayət olduğunu təsdiqləyib. Bu çərçivədə Britaniya Azərbaycanlıları Cəmiyyəti (BAC) beynəlxalq ictimaiyyətə, xüsusilə də Britaniya Parlamentinə Xocalı soyqırımının tanınması, 26 fevral tarixinin Xocalını Anım Günü elan olunması kimi çağırışları edilib.

Britaniya Azərbaycanlıları Cəmiyyətindən Xocalı faciəsinin tanınması və Azərbaycanın haqlı mövqeyinin beynəlxalq arenada daha geniş təbliği istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti