...

Uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib

Siyasət Materials 12 Mart 2025 10:07 (UTC +04:00)
Uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti müvafiq qərar imzalayıb.

Sənədə əsasən, bu Tələblərdə dövlət və qeyri-dövlət uşaq müəssisələri dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • təhsil müəssisələri;
  • sosial xidmət müəssisələri;
  • açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisələri;
  • yetkinlik yaşına çatmayanların tərbiyə müəssisələri;
  • yetkinlik yaşına çatmayanlar üçün müvəqqəti təcridetmə mərkəzləri;
  • tibb müəssisələri;
  • qanunvericiliklə müəyyən edilmiş qaydada yaradılan digər dövlət və qeyri-dövlət müəssisələri.

Müəssisələrdə göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər yuxarıda qeyd edilən müəssisələr üzrə onların qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə müvafiq olaraq aşağıdakı sahələri əhatə edir:

  • müəssisələrdə xidmətlərin təşkili;
  • yaşayış şəraiti;
  • qidalanma;
  • sağlamlığın mühafizəsi;
  • təlim-tərbiyə və asudə vaxtın təşkili.

Dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblərlə bu linkdən tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti