Bakı. Trend:
XII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının keçmiş prezidenti Şarl Mişellə görüşüb.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər regional və beynəlxalq təhlükəsizliyə aid bir sıra məsələləri müzakirə ediblər. Onlar, həmçinin, münaqişədən sonrakı regional dinamikaya diqqət yetiriblər, xüsusilə də sülh sazişi ilə bağlı son inkişafları, eləcə də hazırda proses qarşısında duran çağırışları qeyd ediblər.
Görüşdə Şarl Mişelin Avropa Şurasının sədri kimi əvvəlki rolu zamanı göstərdiyi mühüm səylərə görə təşəkkür ifadə olunub.
Xəbər yenilənəcək