...

Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

Siyasət Materials 17 Mart 2025 15:23 (UTC +04:00)
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovaya başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Koçani şəhərində baş vermiş faciəli hadisə nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Şimali Makedoniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti