...

Bu uşaqlara təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat ödəniləcək

Siyasət Materials 1 Aprel 2025 12:58 (UTC +04:00)
Bu uşaqlara təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat ödəniləcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, fərmana əsasən müəyyən edilib ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Həmin Qanunun 5-ci maddəsinin altıncı hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur.

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 2600 (iki min altı yüz) manat müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Qanunundan və bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Xəbər lenti

Xəbər lenti