...

Prezident İlham Əliyev: Əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaq

Siyasət Materials 4 Aprel 2025 10:52 (UTC +04:00)
Prezident İlham Əliyev: Əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaq
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Biz əmin olmalıyıq ki, Avropada bizim təbii qaza ehtiyac olacaqdır. Yəni, biz əmin olmalıyıq ki, bir neçə il üçün bazar olacaq.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında deyib.

Dövlətimizin başçısı əlavə edib: “Əgər bizdə belə bir təminat olmasa, onda investor sərmayə yatırmayacaq, ölkələr sərmayə yatırmayacaq. Beləliklə, təbii qazın böyük bir qıtlığı yaranacaq. Bizim ehtiyatlar məlumdur. Biz yeni yataqlardan hasilatın başlamasını gözləyirik”.

Xəbər lenti

Xəbər lenti