Antalya. Trend:
Şimali Kipr Türk Respublikasının nümayəndə heyəti yaxın günlərdə Azərbaycana səfər edəcək.
Trend xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının Baş nazirin köməkçisi, turizm, mədəniyyət, gənclər və ətraf mühit naziri Fikri Ataoğlu 4-cü Antalya Diplomatik Forumu çərçvisədin jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycan bizim üçün çox önəmli ölkədir. Azərbaycana tez-tez səfər edirəm. Yaxın günlərdə Azərbaycanda yenidən siyasi görüşlərimiz olacaq. Qismət olarsa, Şimali Kipr Türk Respublikasını tanıtmaq üçün Azərbaycanda tədbirlər təşkil edəcəyik. Azərbaycanın tarixi meydanda Şimali Kipr Türk Respublikasını tanıdacağıq. Bundan sonra bütün ümidimiz Azərbaycandakı və Şimali Kipr Türk Respublikasındakı qardaşlarımızın əlaqələrinin inkişaf etdirilməsi, birliyimizin gücləndirilməsidir. Yaxın günlərdə orada bunu edəcəyik", - o bildirib.