Antalya. Trend:
Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar sentyabr ayında Azərbaycana səfər edəcək.
Trend xəbər verir ki, bu barədə o, bu gün 4-cü Antalya Diplomatik Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Azərbaycanda önəmli tədbirə qatılacağam. Həmin tədbir çıxış edəcəyəm. Təxmin edirəm ki, bu, sentyabr ayının ilk həftələrində baş tutacaq", - o bildirib.