Bakı. Trend:
Misirin Əl-Əzhər dini qurumunun baş imamı Əhməd Əl-Tayyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Sizə təbriklərimi və xoş arzularımı yetirirəm.
Uca Allahdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza firavanlıq, xeyir-bərəkət diləyirəm. Tanrı Sizi qorusun!
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!"