...

Çin Azərbaycan istehsalı olan məhsulların idxalını artırmaqda maraqlıdır

Siyasət Materials 16 Aprel 2025 20:37 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Azərbaycan istehsalı olan məhsulların idxalını artırmaqda maraqlıdır.

Trend xəbər verir ki, bu barədə aprelin 16-da Bakıda Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında Çin Xalq Respublikasının kommersiya nazirinin müavini və Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci deyib.

Lin Ci ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrə xüsusi əhəmiyyət verdiyini vurğulayıb.

O, Çinin Azərbaycan istehsalı olan məhsulların idxal həcmini və çeşidini genişləndirməkdə maraqlı olduğunu qeyd edərək, xüsusilə nar məhsulları və şərabın Çində alıcıların böyük rəğbətini qazandığını diqqətə çatdırdı.

Həmçinin quş əti, fındıq və badamın Çinə ixracı üçün geniş imkanların olduğu bildirildi.

Bununla yanaşı, Lin Ci Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı təşəbbüslərini dəstəklədiyini və bu istiqamətdə rəsmi Bakı ilə birgə işləməyə hazır olduğunu ifadə etdi.

Qeyd edək ki, iclasa Azərbaycan Respublikasının Baş nazirinin müavini, Komissiyanın həmsədri Şahin Mustafayev və Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi Lin Ci sədrlik ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti