...

Azərbaycan və Sloveniya arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq perspektivləri var - Nazir

Siyasət Materials 17 Aprel 2025 13:20 (UTC +04:00)
Azərbaycan və Sloveniya arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq perspektivləri var - Nazir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Sloveniya arasında mina təhlükələrinə qarşı mübarizədə əməkdaşlığın perspektivləri var.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Sloveniyanın xarici işlər naziri Tanya Fayonla keçirdiyi mətbuat konfransında deyib.

“İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işlərinə, keçmiş məcburi köçkünlərin həmin ərazilərə geri qayıdışına, orada gedən prosesslərə ən böyük maneə mina təhlükəsidir.

Azərbaycanın mina qurbanları və mina təhlükəsiz barəsində fikir mübadiləsi apardıq. Eyni zamanda, minatəmizləmə sahəsində Azərbaycan və Sloveniya arasında əməkdaşlıq haqqında müzakirə aparıldı”.

Xəbər lenti

Xəbər lenti