...

Azərbaycan-Çin münasibətləri dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyır - Səfir

Siyasət Materials 17 Aprel 2025 16:31 (UTC +04:00)
Azərbaycan-Çin münasibətləri dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyır - Səfir
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Çin münasibətləri dostluq və strateji tərəfdaşlıq xarakteri daşıyır.

Trend xəbər verir ki, bunu aprelin 17-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Lu Mey Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Lu Mey Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurla inkişafının Çin tərəfindən də dəstəkləndiyini dedi. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğuladı.

Səfir ölkələrimiz arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd edərək, əlaqələrimizin bundan sonra da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti