...

Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir

Siyasət Materials 19 Aprel 2025 11:20 (UTC +04:00)
Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı genişləndirilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.

Belə ki, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununda yer alan "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"nın 75-ci maddəsinə dəyişiklik edilib.

Bununla da işğaldan azad edilən ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənəd də icazələrin siyahısına daxil ediləcək.

Bu Qanun işğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər tərəfindən texnikanın, texnoloji avadanlıqların və qurğuların, xammal və materialların idxalı üçün təsdiqedici sənədə münasibətdə 2023-cü il yanvarın 1-dən tətbiq edilməklə 2033-cü il yanvarın 1-dək qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti