...

Azərbaycanda “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

Siyasət Materials 19 Aprel 2025 11:26 (UTC +04:00)
Azərbaycanda “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti “e-mühasibat” informasiya sistemi haqqında əsasnaməni dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verəcək.

Eyni zamanda Nazirlər Kabineti büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərini üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Maliyyə Nazirliyi isə “e-mühasibat” informasiya sisteminin formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər və “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görməlidir.

Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti