Bakı. Trend:
Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Trend-in sorğusuna cavabında deyib.
Qeyd edək ki, Türkiyə hökuməti ötən gün İstanbul və bir sıra vilayətləri silkələmiş zəlzələdən sonrakı vəziyyətlə bağlı açıqlama yayıb. Episentri Mərmərə dənizi olan 6.2 bal gücündə zəlzələdən sonra bölgədə 266 təkrar yeraltı təkanlar (afterşoklar) qeydə alınıb. Bildirilib ki, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.