...

Milli Məclisin deputatları Antalyada NATO PA-nın seminarında iştirak edəcəklər

Siyasət Materials 25 Aprel 2025 13:21 (UTC +04:00)
Milli Məclisin deputatları Antalyada NATO PA-nın seminarında iştirak edəcəklər
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatları - Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyanın sədri, NATO Parlament Assambleyasında (NATO PA) nümayəndə heyətinin rəhbəri Ramid Namazov, nümayəndə heyətinin üzvü Samir Vəliyev və Cavanşir Feyziyev TÜRKPA xətti ilə NATO PA-nın İqtisadiyyat və Təhlükəsizlik komitəsi ilə Aralıq dənizi və Yaxın Şərq üzrə Xüsusi Qrupunun birgə seminarında iştirak etmək üçün aprelin 27-də Türkiyə Respublikasının Antalya şəhərinə səfər edəcəklər.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə qlobal və regional məsələlər, davam edən münaqişələr, Türkiyənin xarici və təhlükəsizlik siyasəti prioritetləri, Suriya və Yaxın Şərqin dəyişən strateji mənzərəsi, Körfəz ölkələrinin artan rolu və regionda NATO ilə tərəfdaşlığın gücləndirilməsi, terrorizm təhlükəsi və NATO-nun terrorla mübarizədə mövqeyi və digər mövzular müzakirə olunacaq.

Qeyd edilib ki, səfər mayın 1-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti